AzQAC Vineyard-ın dəstəyi ilə "Yaxşılıq Yarat" adlı xeyriyyə və əyləncə xarakterli tədbir keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Vineyard-ın dəstəyi ilə "Yaxşılıq Yarat" adlı xeyriyyə və əyləncə xarakterli tədbir keçirilib
The AzRCS, supported by the “Vineyard - Azerbaijan” Community, organized a charity and entertainment event called "Do Good"

4 sentyabr 2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşəbbüsü və “Vineyard Azərbaycan” XDİ – nın təşkilatı dəstəyi ilə Qarabağ Regional Mədəniyyət İdarəsi Xocavənd rayon Mədəniyyət evində növbəti dəfə "Yaxşılıq Yarat" adlı xeyriyyə və əyləncə xarakterli tədbir keçirilib. Təşkil olunan tədbir çərçivəsində 135 uşağa müxtəlif hədiyyələr təqdim edilib.
 Tədbirin məqsədi II Qarabağ müharibəsinin şəhid və qazilərinin övladlarının, o cümlədən az təminatlı ailələrin övladlarının üzlərində təbəssüm yaratmaq olmuşdur. Uşaqlar üçün təşkil edilən bu xüsusi gün onların sevincinə səbəb olmaqla yanaşı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və “Vineyard Azərbaycan” XDİ-nın aztəminatlı ailələrə olan dəstəyini bir daha vurğulayıb.
"Hər bir körpə Azərbaycan üçün uğurlu bir gələcək, potensial bir ailədir. Arzumuz budur ki, bizim yeni nəslimizin qəlbi Tanrı sevgisi, Vətənə sədaqət və böyüklərə ehtiram hissi ilə dolsun" deyə “Vineyard Azərbaycan” XDİ-nın baş pastoru Emil Pənahov bildirib.
Tədbirin bədii hissəsində müxtəlif əyləncəli proqramlar uşaqların xüsusilə diqqətini çəkmişdir. Konsert proqramı zamanı Vineyard Azərbaycan XDİ – nın uşaqlar üçün dərc etdiyi,  "Müqəddəs Yazıdan Hekayələr" kitabının təqdimatı keçirilib və kitablar uşaqlara hədiyyə olunub. Sonda uşaqların hər birinə "Samaritan's Purse" (Xeyirxah Samariyalı) təşkilatına məxsus olan  hədiyyələr verilib.